Eldar Əzizov Aparat rəhbəri vəzifəsini ona həvalə etdi

ÖLKƏ
12:45 / 19.02.2022
1967

Xəbər verdiyimiz kimi, dünən Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmamələyevə həvalə edib.  

A.İmaməliyev Aparat rəhbərinin əvəzi vəzifəsini icra edəcək.
 
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti təsdiqləyib.

1