Orucluqdan sonra necə qidalanmalı?

21:37 / 09.04.2024
321

Ayların sultanı Ramazanı yola saldıq artıq. 

Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi vardır.

Bayram süfrələri, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər: 

"İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 5-6 pay şəklində hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları  qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.Ramazandan sonra normal qida rejiminə keçərkən xəmir xörəkləri, qızartmalı yeməklər və şirniyyatların qəbuluna ciddi fikir vermək lazımdır. Orucluq ayında boş qalmağa vərdiş edən mədə üçün  çox qida qəbulu ağır olur. Həzm sistemi yüklənilir, nəticədə bulanma, turşuma, qıcqırma kimi  hallar müşahidə edilir. Ona görə də,  bayram süfrəsində oturduğunuz zaman yeyə biləcəyiniz miqdarda qida qəbul etmək lazımdır.Şəkərli məhsullardan çox istifadə etmək olmaz".

Sevinc

0