İlkinin şikayətinə başqa hakim baxacaq

ÖLKƏ
13:19 / 16.04.2024
138

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində 8 aydır davam edən prosesin dayandırılmasına səbəb sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır.

Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra proses davam edəcək.

Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İlkin Süleymanov oğurladığı iddia olunan həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb cəsədini yandırmaqda ittiham olunur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən həm müdafiə, həm zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

0