Daha bir sabiq deputat vəfat etdi - FOTO

ÖLKƏ
14:08 / 17.04.2024
342
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.
 
HİT.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
 
Qeyd edək ki, İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.
 
1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
 
İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
 
Görkəmli alim, tanınmış ictimai-siyasi xadim İsgəndər Quliyevin tədqiqat sahəsi Asiya dövlətlərinin diplomatiyası və xarici siyasəti olub.
 
"91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.
 
Qeyd edək ki, bu gün daha bir sabiq deputat - Hadi Rəcəbli də vəfat edib.
 
0