Qızılhacılı sakinləri doğma kəndlərinin azad edilməsindən danışdı - VİDEO

ÖLKƏ
16:31 / 21.04.2024
221

Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) aprelin 19-da Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

İşğaldan azad edilən Qızılhacılı kəndinin sakinləri sevinclərini “İTV Xəbər”lə bölüşüblər.

Qızılhacılı kənd sakini Şakir Quliyev doğma yurdlarının işğaldan azad edilməsinə sevindiyini bildirib:

“İnşallah tezliklə kəndimizə qayıdarıq. Orada yaşayıb-yaradacağımız günləri səbirsizliklə gözləyirik”.

Kəndin digər sakinlərindən olan Namiq Alıyev bu hadisəni uzun zamandır arzuladığını qeyd edib:

“Kəndimizin işğaldan azad edilməsi və onunla bərabər digər kəndlərin də işğaldan azad olunması bizim arzumuz olub”.

0