Rasim Balayevin vəziyyəti necədir?

ÖLKƏ
21:39 / 10.07.2024
120

"Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır".

HİT.az bakupost.az-a istinadla xəbər verir ki, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə 3 həftəlik müalicə müddəti təyin etdiklərini bildirib:

"Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, 3 həftə işə getmək, aktiv həyat tərzi olmaz".

B. Vəziroğlu illərdir ki, aktyorun onurğa sütununda yaranan xəstəlikdən əziyyət çəkdiyini bildirib:

"Getmədiyi həkim qalmamışdı, bir az səhhəti yaxşı olurdu, amma yenə pisləşirdi. Sən demə, vaxt uzandıqca, xəstəlik daha da aqressivləşirmiş. Şükür ki, peşəkar həkim tapdı, əməliyyatı da yaxşı keçdi".

0