Yaponiyanın avtomobil giqantı “Honda” inanılmaz bir yeniliyə imza atıb.
Hit.az xəbər verir ki, şirkət elektrikli nəqliyyat vasitələrinin hərəkətdə olarkən kabelsiz qaydada şarj edilməsini təmin edən inqilabi yol texnologiyası üzərində işlədiyini elan edib.
Ənənəvi kabelli şarj proseslərini geridə qoymağı hədəfləyən brend “Taisei Group” tərəfdaşlığı ilə “WPT” adlandırılan kabelsiz güc ötürmə yol sistemini rəsmən təqdim edib. Hərəkət zamanı fasiləsiz enerji ötürülməsini təmin edən bu innovativ texnologiya sürücülərin stasionar şarj məntəqələrindən və məişət elektrik şəbəkələrindən olan asılılığını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.
Bəs bu sistem necə işləyir?
Mühəndislik həlli avtomobilin gövdəsinin alt hissəsinə inteqrasiya olunmuş yüksəkgüclü qəbuledici-ötürücülərlə birbaşa asfalt örtüyünün daxilinə yerləşdirilən şarj avadanlıqlarının qarşılıqlı təsiri əsasında fəaliyyət gösterir. Yola quraşdırılan xüsusi qurğular tələb olunan elektrik enerjisini marşrut boyunca yerləşdirilən paylayıcı elektrik qutularından kəsintisiz olaraq əldə edir.
Sınaqlar başlayır
Tətbiq planında ilkin olaraq iriqabaritli kommersiya və yük avtomobilləri nəzərdə tutulub. Layihə çərçivəsində 150 кVt-a qədər güc ötürmək qabiliyyətinə malik dözümlü sınaq yollarının inşasına bu il başlanılması planlaşdırılır. Xüsusi poliqonlarda aparılacaq səth dözümlülüyü testlərindən sonra sistemin 2027-ci ildən etibarən Yaponiyanın ümumi istifadədə olan ictimai yollarında sınaqdan keçirilməsi hədəflənir.
Pərviz


