Ağır xəstəliyə tutulan qazi vəfat etdi

ÖLKƏ
12:48 / 11.07.2024
101

Kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkən keçmiş hərbçi, Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu vəfat edib.

Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, 31 yaşlı Səxavət evli olub və üç övladı qalıb. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. "Vətən Müharibəsi İştirakçısı" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
 

0