Bu gün tarixin vərəqlərində 23 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bir sıra mühüm hadisələrlə yadda qalıb.
23 oktyabr bir çox görkəmli şəxsin doğum və ya vəfat günü kimi də xatırlanır. Eyni zamanda, bu gün Macarıstanda Milli Gün, Tailandda isə Çulalonqkorn Günü kimi qeyd olunur. Beləliklə, tarixin 23 oktyabrına nəzər salırıq.
23 oktyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan və Braziliya arasında, 2012-ci ildə isə Azərbaycan və Cənubi Sudan arasında diplomatik əlaqələr qurulub. 2013-cü ildə “Xəzər Lənkəran” futbol klubu Ölkə Superkubokunun qalibi olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Dolanar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Ermənistanın işğalından azad edib.
Həmçinin, 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk ümumi iclası Nyu-Yorkda keçirilib. 2001-ci ildə “Apple” şirkəti ilk “iPod” cihazını təqdim edib. 2002-ci ildə isə İkinci Çeçen müharibəsi zamanı çeçen separatçıları Moskvada Mədəniyyət Evi teatrını ələ keçirərək 700-ə yaxın tamaşaçını girov götürüblər. 2011-ci ildə Türkiyənin Van şəhərində 7,2 bal gücündə zəlzələ baş verib.
23 oktyabrda doğulanlar:
1983-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Sübhan Cəbrayılov, 1944-cü ildə Xalq artisti, aktrisa Lyudmila Duxovnaya, 1953-cü ildə xanəndə Səxavət Məmmədov və 1978-ci ildə meyxanaçı Aqşin Fateh dünyaya gəlib.
Həmçinin, 1929-cu ildə türk yazıçısı Ədalət Ağaoğlu, 1940-cı ildə braziliyalı futbolçu Pele, 1954-cü ildə tayvanlı kinorejissor Enq Li, 1976-cı ildə hollivud aktyoru Rayan Reynolds, 1977-ci ildə gürcüstanlı futbolçu Aleksandr İaşvili, 1984-cü ildə braziliyalı model İzabel Qoulart, 1991-ci ildə isveçli futbolçusu Emil Forsberq və 1992-ci ildə ispan futbolçu Alvaro Morata doğulub.
23 oktyabrda vəfat edənlər:
1992-ci ildə yazıçı Banin (Ümmülbanu) və 2014-cü ildə aşıq Çopur Ələsgər dünyasını dəyişib.
Həmçinin, 1872-ci ildə fransız şair Teofil Qotye, 1935-ci ildə amerikalı rəssam Çarlz Demut, 1943-cü ildə fransız aktyor və rejissor Andre Antuan, 2020-ci ildə israilli aktyor və rejissor Yehuda Barkan və 2025-ci ildə türk aktrisa Neşe Aksoy vəfat edib.
Pərviz

