İlham Əliyev Vahid Ələkbərovu təltif etdi - Yenilənib

13:06 / 31.08.2020
822

Prezident İlham Əliyev Vahid Yusifoviç Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC xəbər yayıb. 

Bildirilib ki, V.Ələkbərov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Vahid Yusuf oğlu,

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.

0