Xocavənddə şəhid olan hərbçimiz bu medallarla təltif edilmişdi - FOTO

ÖLKƏ
11:23 / 28.12.2020
1181

Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə 2 gün əvvəl mükafatlandırılmışdı.

HİT.Az-ın verdiyi xəbərə görə, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub.

E.Qənbərov hadisədən iki gün öncə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

0