Rövşən Əkbərov ömürlük həbs edilə bilər? - 12.1-ci maddəyə görə...

ÖLKƏ
13:00 / 17.03.2021
1740

General Rövşən Əkbərovun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində iş adamı Elçin Əliyevi qətlə yetirdiyinə görə həbs olundğu barədə yayılan məlumatlar təsdiqini tapıb. 

HİT.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq geniş açıqlama yayıb. Açıqlamada bildirilir ki. Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə iş adamının ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Generala 12.1, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. 

Birinci maddədə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə, ikinci maddədə isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ekspertlərin fikrincə, hər iki maddə üzrə Rövşən Əkbərov minimum 15 il azadlıqdan məhrum edilə bilər.

Porkurorluğun məlumatında 12.1-ci maddəyə gəlincə isə, bu, cinayət qanununun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvədə qalması ilə bağlıdır. 12.1-ci maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

VÜQAR

0