Avtomobil bazarında satış niyə zəifdir? - VİDEO

İQTİSADİYYAT
22:00 / 19.07.2026
88

Bazarda avtomobil çox olsada, satış demək olar ki, yoxdur

Paytaxtda yerləşən avtomobil satış mərkəzlərində durğunluq yaşandığı deyilir. Satıcıların sözlərinə görə, alıcılıq günü-gündən zəifləyir. 

Onlar bildirilər ki, bir neçə ayla müqayisədə avtomobilin markası, modeli, ili və texniki xüsusiyyətlərindən asılı olaraq qiymətlərdə ən az 1500 manat enmə müşahidə edilir.

Satıcılar alıcılığın zəifləməsinə səbəb kimi, avtomobillərin yol xərclərinin çox olmasını və Çin istehsalı avtomobillərə nisbətən digər 2-ci əl avtomobillərin qiymətinin yüksək olmasını göstərirlər. Alıcılıq əsasən qiyməti münasib olan yeni Çin istehsalı olan nəqliyyat vasitələrinə yönəlib.//Xəzər TV

0