Rokfellərin nəvəsi Bakıya gələcək - FOTOLAR

ÖLKƏ
15:05 / 10.07.2021
1235

Dünyanın ən nüfuzlu, milyarder ailəsinin varisləri olan Rokfellərin nəvəsi Bakıya gələcək.

Bu barədə Amerikanın ilk milyarderi olan Standart OİL-un qurucusu John D. Rokfellerin yeganə nəvəsi Ariana Rokfeller eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırarkən deyib.
 
İlk dəfə olaraq Azərbaycan mətbuatına danışan Rokfeller ailəsinin varisləri Ariana Rokfeller və Metyu Baklin cütlüyü həyatları ilə bağlı bir çox gizli məqamlara da aydınlıq gətiriblər. Onlar həmçinin müsahibə zamanı Bakı, Azərbaycanla da bağlı fikirlərini bölüşüblər.

“Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya gəlmək istərdinizmi?” sualına cavabında Ariana Rokfeller belə cavab verib:

-Mən heç vaxt Bakıda olmamışam. Fikrimcə, orada olmaq üçün çox həyəcanverici bir zamandır. Bir çox imkanlar və uğurla, sürətlə böyüyən bir yerdə olmaq çox əyləncəli olar.

Qeyd edək ki, Ariana Rokfelle bir çox xeyriyyə təşkilatlarının rəhbəridir. O,  2014-cü ildə özünə aid yeni moda markasını yaratmağa başlayıb.  

İlk kolleksiyası uşaqlar evinin divarında asılmış Pikasso rəsmindən ilhamlanıb. Atlara xüsusi sevgisi var.  3 yaşından bəri at minməklə məşğul olur. 36 yaşlı həyat yoldaş Meytu Baklin Northeast Harbor, Maine şəhərindəndir. Nəsli uzun illərdir ki, Yeni İngiltərə sahillərində yaşayır. O, Maine-də kiçik bir liberal incəsənət məktəbində, Colby Kollecində təhsil alıb. London və Nyu-Yorkda maliyyə və start-up sahələrində çalışır. “Quit Tea”-nin (Tərgitmə çayı) satışı ilə tez bir zamanda uğur qazanıb. Bu çay siqareti tərgitmək istəyənlərə kömək edir. 4 kitab və akademik vəsaitin müəllifidir.

0