Aparıcı Vüsalədən ölən qardaşına doğum günü mesajı - FOTO

MAQAZİN
10:07 / 21.09.2021
1934

Aparıcı Vüsalə Əlizadə mərhum qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib.

HİT.az xəbər verir ki, o, qardaşının fotosunu paylaşıb və onu doğum günü münasibətilə təbrik edib:

"Bu gün sənin günün. Allahım səni beş bacıya ərmağan verdi. Uşaqlığımın ən böyük arzusu qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam. Vətən, torpaq aşiqi igidim.

Doğum günün mübarək, bacısının bir dənəsi, sənə can sağlığı uzun ömür, daha yüksək rütbələr, bol şans arzu edirəm... Allahım səni xətadan, bəladan uzaq etsin bacısının nəfəsi, körpəm, son beşiyim... Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin İnşallah. Qardaşımın 33 yaşı olur, ay camaat! Təbrik yazmışam, cənnətə necə göndərim. Kömək edin, nə olar. Gün bitir, gecikirəm, sonra küsər bacısından”.

Qeyd edək ki, Ə. Əlizadə avqustun 15-də qəzada həyatını itirib. Belə ki, onun idarə etdiyi avtomobil Astara-Şahağacı yolunda idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

 

0