VOMA erməni terror təşkilatı Xankəndidə: Azərbaycan nə etməlidir? (ŞƏRH)

14:35 / 03.02.2022
1138

"Bu, təhlükəli bir biznes layihəsidir və VOMA-nın (Qarabağ müharibəsi üçün döyüşçülərin toplanması və təlim düşərgəsi. - Red.) yenidən canlandırılması rus sülhməramlılarının erməni separatizminə aludə olmasının nəticəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev erməni terror təşklatı VOMA-nın yenidən aktivləşərək, terrorçu hazırlamaq məqsədilə filiallarından birini də Xankəndidə açmağa hazırlaşdıqlarına münasibət bildirərkən deyib: 

"Bu, gözlənilən idi. Ermənistanda hər zaman neofaşizmə meyilli olublar. Onların bununla bağlı nümunələri də var. Qaragen Njde xeyli sayda günahsız insanı qırsa da, ermənilər onu qəhrəman kimi təqdim edir. Bu olay onu göstərir ki, Ermənistan müharibədən sonra yenidən revanşizmi gündəmə gətirir. Əslində VOMA terror təşkilatının yenidən aktivləşməsi bir biznes layihəsidir, özü də təhlükəli. Rusiya kəşfiyyat orqanları belələrini yenidən diriltməyə çalışır. Erməni millətçiliyini müharibə dövründə gördük. Millətçilikdən dəm vursalar da, Azərbaycan əsgərinin qarşısından qaçdılar. Millətçi Azərbaycan əsgəri idi, öz milləti və dövlətindən ötrü canını verdi, qanını tökdü, amma torpaqları azad etdi. Ona görə də ermənilərdə indi millətçilik deyil, psevdomillətçilik güclənir”.

Həmsöhbətimiz qeyd edir ki, rus sülhməramlılarının bu hadisəyə göz yumması onların da erməni separatizminə aludə olması deməkdir: 

"Hətta yeni terror təşkilatları da yarada bilərlər. Çünki terrorizm ermənilərin qanındadır. Ermənistan hər zaman dövlət səviyyəsində terrorla məşğul olub. İndi də bu xislətlərini davam etdirirlər”. 

C. Nuriyevin fikrincə, Azərbaycan parlamenti bununla bağlı qərar verməli və oun müraciəti əsasında Ali Məhkəmə ASALA və digər erməni terror təşkilatlarını terrorçu təşkilat kimi tanımalıdır: 

"Belə olarsa, Azərbaycan Ordusu hüquqi əsas əldə edərək istənilən vaxtı orada antiterror əməliyyatı keçirər. Beynəlxalq hüquq da buna imkan verir. Ona görə də adı çəkilən erməni terror təşkilatlarını terrorçu təşkilatlar kimi tanımaqla yuxarıda qeyd etdiyim presedenti yaradıb onların üzərinə getməliyik. "Qaynarinfo” saytının bu mövzunu qabartmasını başqaları da davam etdirməlidir”. 

0