Rasim Balayev həmkarı Şəfiqə Məmmədova ilə barışmasından danışdı

MƏDƏNİYYƏT
17:31 / 04.08.2023
563

Xalq artisti Rasim Balayev həmkarı Şəfiqə Məmmədova ilə barışmasından danışıb.

Aktyor Hit.az-a açıqlamasında bildirib ki, beş günlük dünyada küsülü qalmaq yaxşı hal deyil:

“Mədəniyyət naziri Şəfiqə ilə mənə fəxri fərman verdi. Həmin mükafatı almq üçün eyni səhnəni bölüşdük. Barışmışıq, beş günlük dünyada düşmən olmayacağıq ki. Küsülü qalmaq yaxşı hal deyil”.

Qeyd edək ki, uzun zaman küsülü olan Xalq artisti Şəfiqə Məmmədova ilə Rasim Balayev barışıb.

Azra

0