Türkiyəli məşhur aktyor Erdal Özyağcıların yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, sənətçi “Şaban oğlu Şaban oğlu Şaban” filmində çəkiləcək.
O, layihədə “Hiddət Paşa” obrazına həyat verəcək. Filmin baş rolunda isə Kemal Sunalın oğlu Ali Sunal çəkiləcək. Beləliklə, təcrübəli aktyor zamanında birlikdə rol aldığı əfsanəvi komediya ustasının oğlu ilə kamera qarşısına keçəcək.
Qeyd edək ki, Erdal Özyağcılar Kemal Sunalla birlikdə “Kibar Feyzo”, “Postacı” və “Şabaniye” kimi çox sayda filmdə Kemal Sunalla birlikdə rol alıb.
Pərviz


