Türkiyəli məşhur aktyor Olgun Şimşək ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Sənətçi “Yörük Kızı” serialında çəkiləcək. O, “TRT1”-də yayımlanacaq layihədə “Yaşar” obrazına həyat verəcək.
Qeyd edək ki, aktyor karyerası ərzində “Yedi Numara”, “Yalan Dünya”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Ramo” kimi çox sayda yüksək reytinqli serialda rol alıb.
Pərviz


