Türkiyəli məşhur müğənni Buray Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, ifaçı paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.
O, 10 dekabrda Heydər Əliyev Sarayında konsert verəcək. Tədbir saat 20:00-da başlayacaq. Bilet qiymətləri isə 49 manatdan 225 manata qədərdir. Müğənni “Aşk Mı Lazım”, “İstersen”, “Mecnun”, “Tac Mahal” və digər sevilən mahnılarını Bakıdakı pərəstişkarları qarşısında canlı ifa edəcək.
Aslan

