Xalq artistinin səhhəti necədir?

MƏDƏNİYYƏT
15:10 / 09.08.2023
716

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikin səhhətində irəlləyiş var.

Bu barədə Hit.az-a aktyorun özü məlumat verib. Aktyor müalicəsinin davam etdiyini deyib:

“Özümü yaxşı hiss edirəm. Müalicə prosesinə dövlət tərəfindən dəstək var”.

"Dostlarınızdan sizə baş çəkən varmı" sualına aktyorun cavabı belə olub:

“Hamı məzuniyyətdir, bir də hər kəsin bir dərdi var. Heç kimdən umacağım yoxdur”.

Qeyd edək ki, Xalq artisti Ramiz Məlik uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkir.

Azra

0