Azərbaycan teatrı Sankt-Peterburqa gedir

10:18 / 16.08.2023
519

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Sankt-Peterburqa səfər edəcək.

Bu barədə Hit.az-a teatrdan məlumat verilib. 

Məlumatda bildirilir ki, kollektiv səfərdə “Akademik İncəsənət Birliyi” festival-simpoziumunda iştirak edəcək. Avqustun 20-dən 23-nə kimi davam edəcək tədbirdə "Azərbaycan musiqili teatrının milli ənənələri" mövzusunda məruzə olunacaq və  teatrın gənc solisti Emin Zeynallının ifaları dinləniləcək.

Azra

0