182 nömrəli məktəbdə nə baş verib? - Şagirdlər təxliyə olundular

HADİSƏ
18:34 / 02.10.2024
370

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.

Bakupost.az xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.

Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.

Qeyd olunub ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

0