"Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır" iddialarına RƏSMİ CAVAB

ÖLKƏ
12:38 / 25.04.2020
1519

Sosial şəbəkələrdə müxtəlif xəstəlikdən ölən şəxslərin yaxınlarına pul verildiyi və əvəzində onların razılığı ilə yaxınlarının koronavirusa yoluxma diaqnozundan öldüyünün qeydə alındığı barədə iddialar yayılıb. 
 
Nazirlər Kabineti yanında operativ qərargahın dünən keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu məsələ barədə açıqlama verərək deyib ki,  bu məlumatlar tamamilə yanlışdır.

"Belə mənbələrə qətiyyən inanmayın. Bu cür əsassız məlumatlara kimsə güvənməsin. Operativ qərargahın məlumatlarını əsas mənbə kimi qəbul edin. Tam tərsinə, o cür məlumat yayanlarla da mübarizə aparmaq lazımdır". //anews.az

0