Tanınmış şair Sevinc Çılğının iştirakı ilə şeirsevərlər üçün "Poeziya saatı" adlı görüş təşkil olunacaq.
HİT.az xəbər verir ki, tədbirdə müəllifin poeziya və musiqinin incə ahəngini özündə birləşdirən "ADAGİO" adlı şeirlər kitabından şeirlər səsləndiriləcək.
Görüş 18 aprel saat 15:00-da "Park Bulvar"da baş tutacaq. Tədbirə giriş sərbəstdir və bütün poeziya, ədəbiyyat həvəskarları dəvətlidir.



