Tarixin 17 apreli...

MARAQLI
16:00 / 17.04.2026
76

Bu gün tarixin vərəqlərində 17 apreldəyik.

Hit.az bildirir ki, 17 aprel Ümumdünya Hemofiliya Günüdür.

Qeyd edək ki, Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Üstəlik, ona başqalarından yoluxmaq da mümkün deyil. Həmçinin, bu günün tarix üçün başqa mənaları da var. Doğulanlar, vəfatlar və bir sıra hadisələr bu günə xasdır. Beləliklə, tarixin 17 aprelinə nəzər salırıq...

17 apreldə nələr baş verib?
1924-cü ildə İtaliyada keçirilən seçkilərdə Benito Mussolinin partiyası qalib gəldi. 1946-cı ildə Fransanın son hərbi birlikləri Suriyadan çıxdı. 1982-ci ildə Kanada Konstitusiyası qəbul olundu. 2005-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkilərdə Mehmet Ali Talat prezident seçildi.

17 apreldə doğulanlar:
1884-cü ildə bəstəkar Zülfüqar Hacıbəyov, 1894-cu ildə ginekoloq, professor adını alan ilk azərbaycanlı qadın Adilə Şahtaxtinskaya, 1909-cu ildə Xalq yazıçısı Mehdi Hüseyn, 1991-ci ildə müğənni Samirə Əfəndi və 1994-cü ildə futbolçu Emil Balayev dünyaya gəlib.

Dünyada isə 1885-ci ildə danimarkalı yazıçı Karen Blinksen, 1894-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov, 1899-cu ildə estoniyalı yüngül atlet Aleksandr Klumberg, 1918-ci ildə amerikalı aktyor Vilyam Holden, 1928-ci ildə Xalq artisti, opera müğənnisi Lütfiyar İmanov, 1974-cü ildə ingilis modelyer və müğənni Viktoriya Bekhem və 1992-ci ildə alman futbolçu Şkodran Mustafi doğulub.

17 apreldə vəfat edənlər:
1972-ci ildə təhsil almış ilk azərbaycanlı rəssam qadın Qeysər Kaşıyeva, 1998-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Əyyub Hüseynov, 2004-cü ildə şair Baba Pünhan, 2009-cu ildə Xalq yazıçısı Sabir Əhmədli və 2015-ci ildə Xalq artisti, bəstəkar Ramiz Mirişli dünyasını dəyişib.

Həmçinin, 1790-cu ildə ABŞ-nin banilərindən olan Bencamin Franklin, 1942-ci ildə fransız fizik Jan Batist Perren, 1993-cü ildə Türkiyənin 8-ci prezidenti Turqut Özal, 2011-ci ildə yapon animasiya rejissoru və ssenaristi Osamu Dezaki, 2014-cü ildə kolumbiya yazıçısı Qabriel Qarsiya Markes və 2018-ci ildə ABŞ-nin birinci xanımı Barbara Buş vəfat edib.

Pərviz
 

0