"Qarabağ" "Sabah"a qarşı

İDMAN
11:46 / 18.04.2026
44

Misli Premyer Liqasının 28-ci turunun ikindi oyun gününə paytaxtda yekun vurulacaq. 

Hit.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edir.

Bu matçı mövsümün oyunu da demək olar. "Sabah" qalib gələcəyi halda böyük ölçüdə çempionluğun taleyi həll olunacaq. "Bayquşlar" tarixində ilk dəfə "qızıl"a bir addım da yaxınlaşacaq. Yox, ağdamlılar aktivinə 3 xal yazdıracağı halda Premyer Liqada intiriqa davam edəcək. Bu görüş ərəfəsində aktivində 66 xal olan qonaqlar turnir cədvəlinin zirvəsində qərarlaşıb. Onlardan 10 xal geri qalan və bir oyun az keçirən "Qarabağ" isə 56 xalla ikincidir. 

Qeyd edək ki, FİFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

0