Bu gün zəfər günüdür, mübarək olsun!  - Türkiyə Müdafiə Nazirliyi

SİYASƏT
11:46 / 10.11.2020
1031

Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində Azərbaycanın qələbə qazanması ilə bağlı paylaşım edib.  

HİT.Az xəbər verir ki, nazirlik hesabında Bakıdan fotolar yayaraq zəfər günü münasibətilə hər kəsi təbrik edib:

“Azərbaycan türkü qardaşlarımız bu atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olur”.

30 il əvvəl yaşanan kədər bu gün sona çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdcəsinə savaşaraq qələbə qazandı. Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun”.

0