Ermənistandakı həbslər "Zəngəzur Dəhlizi"ylə bağlıdır - İDDİA

SİYASƏT
15:50 / 19.07.2021
3398

Ermənistanda keçirilən parlament seçkilərindən sonra həbslərə start verilib.

HİT.Az xəbər verir ki, həsblər xüsuslə, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın ən çox əleyhdarının olduğu Sünik vilayətində Son günlər Ermənistanın Gorus və Sünik vilayətlərində aparılır. Artıq Gorus və Sünik vilayətlərinin icma rəhbərləri həbs olunublar.

Gorus icmalarının rəhbər Aruş Aruşanyan mətbuata verdiyi açıqlamasında iddia edib ki, Nikol Paşinyanın həyata keçirdiyi həbslər “Zəngəzir Dəhlizi” ilə bağlıdır. Onun sözlərinə görə, siyasi xarakter daşıyan bu həbslərin arxasında birmənalı olaraq dəhlizin açılmasına mane olanları aradan götürmək dayanır: “Ermənistan hakimiyyəti öz rəqiblərini və Sünik vilayətindən torpaq verərək, nəqliyyat dəhlizinin açılmasına imkan verməyən rəqiblərini sıradan çıxarmaq istəyir. Bütün həbslər “Zəngəzur Dəhlizi”nə mane olanları prosesdən kənarlaşdırmaqdır”.

10 noyabr üçtərəfli razılaşmasına əsasən Ermənistan Sünik vilayətindən Naxçıvana nəqliyyat dəhlizi verməlidir. “Zəngəzur Dəhlizi” adlanan həmin nəqliyyat yolunun çəkilməsi prosesi ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini nümayiş etdirir. İrəvan rəsmiləri bildirirlər ki, belə bir yolun açılmasına etiraz etməsələr də, ona dəhliz statusunun verilməsinə razılaşmayacaqlar.

VÜQAR

0