Ekofəalların aksiyası müvəqqəti dayandırıldı: Bundan sonra nə olacaq?

SİYASƏT
21:20 / 28.04.2023
5891

2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlayan və 138 gün davam edən dinc etiraz aksiyası  müvəqqəti dayandırılıb. 

Bu aksiya ekofəallar və gənc könüllüləriin iştirakı ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq həyata keçirilib. 


Aprelin 28-də günün ikinci yarısında aksiya dayandırılıb. 

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli  HİT.az saytına müsahibə verib. 

- Əziz bəy, ekofəalların aksiyası  müvəqqəti dayandırılıb. İrəlidə  hansı addımların atılması gözlənilir? Biz öz məqsədimizə qismən də olsa, nail ola bildikmi? Yenidən aksiyanın keçirilməsinə ehtiyac yarana biərmi? 

- Ekofəallar ona nail oldu ki, bölgədən bizim ekofəalların olduğu istiqamətdən qeyri-qanuni silah daşınmaları, terrrorçuların aparılması dayandırıldı. Bu  böyük ölçüdə uğur idi. İkincisi,  yumşaq güc tətbiqi kimi bir ilk olduş Üçüncüsü, Azərbaycanın bölgədəki mülki güc varlığını artırdı ki, bu da əlbətdə 138 gün sonra nəticəni həm də taclandıran əsas məsələ Laçın-Xankəndi  yolunda Azərbaycanın nəzarət  məntəqəsinin qurulması oldu. Ekofəallar buna nail oldular. Həm də müvəqqəti şəkildə təxirəsalma anlayışı özündə onu  əks etdirirdi ki, hələ təbii sərvətlərimizin  yağmalanması prosesi var və bu müvəqqəti şəkildə dayandırılsa da, amma proses tam dayandırılmayıb. Müəyyən mərhələdə onun bərpa   olunma ehtimalı var. Azərbaycan yumşaq güc məsələsində  potensialda növbəti mərhələdə ekofəalların timsalında istifadə edə bilər. Ona görə də bu müvəqqəti şəkildə qələbə ilə yekunlaşıb.

- Sülhməramlılara yeni komandanın  təyin olunması ilə bağlı nə deyə bilərsiz? 

- Lentsovun  təyin olunması əslində keçmiş komandanın  uğursuzluq ilə yekunlaşan fəaliyyətinə görədir. Belə görünür ki, Lentsov dəhlizin bağlanmasına, Azərbaycanın əlinə keçən təşəbbüsü sıfırlamağa çalışacaq. Bölgədə həmlə ilə darmadağın olunmuş separatçı təlxəkləri koordinasiya etməyə çalışacaq. Onun keçirdiyi görüşlər, verdiyi bəyanatlar ətrafında mediaya sızan ümumi gedişat göstərir ki,  geri dönüş etmək üçün təyin olunub.

Azərbaycan tərəfinin bundan hansı addımı atacaq sualına gəlincə isə Kəlbəcər-Ağdərə yoluna nəzarət əlimə keçəcək. Pasport rejimi tətbiq ediləcək. Gedişat Zəngəzur dəhlizinə və  sülh müqaviləsinə aparır. Bunun qarşısını da heç kim ala bilməyəcək. Əlbəttə ki,  bölgədəki erməni separatçılarının mülki paltarda ölkədən qaçmasının şahidi olacağıq. Azərbaycan əleyhinə orda hansısa təxribatçı çıxışların şahidi ola bilərik. Yəni vəziyyətin nəzarətdən çıxmasını kimsə iddia edə və deyə bilməz. Azərbaycan stabil şəkildə vəziyyəti stabilləşdirir və irəliləyir. Azərbaycan kifayət qədər uğurlar əldə edib. Lentsovun təyin olunduğu gün də Azərbaycan iki vacib üstünlük əldə etdi. Birincisi, nəzarət məntəqəsinin qoyulması idi. Digərisi isə Şuşanın kəndləri istiqamətində iki mühüm zirvədə Azərbaycan Ordusunun post qurması oldu. O baxımdan da düşünmürəm ki, orda kritik, radikal vəziyyət yaranıb ki, yeni komandan gəlib sakitləşdirsin.

Gülnarə ƏMİRQIZI

0