İlham Əliyev 907-ci düzəlişin istisnasının uzadılmasına görə Trampa təşəkkür etdi

SİYASƏT
14:09 / 01.06.2026
76

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ Prezidenti Donald Trampa təşəkkür edilib.

HİT.az xəbər verir ki, paylaşımda bildirilir:

“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.

Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.

0