Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıllb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Digər Sərəncamla Rəşad Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Modern.az saytı Türkiyəyə təyinat alan səfirin tərcümeyi-halını təqdim edir:
Rəşad Fəxrəddin oğlu Aslanov 13 oktyabr 1977-ci ildə anadan olub.
1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq Fakültəsində beynəlxalq hüquq üzrə bakalavr, 1998-2000-ci illərdə magistr təhsili alıb.
2002-ci ildə Birləşmiş Krallıqdakı Birmingem Universitetində İnsan Hüquqları, Hüquq və Təcrübə üzrə Peşəkar İnkişaf Kursu keçib.
2002-2003-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Müqavilələr Hüququ üzrə mühazirəçi olub.
1999-cu ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə işə qəbul olunub.
2001-2004-cü illərdə nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsinin attaşesi, üçüncü katibi işləyib.
2004-2008-ci illərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin üçüncü və ikinci katibi, Azərbaycan Respublikasının İtaliyanın Roma şəhərində yerləşən BMT Agentlikləri yanında daimi nümayəndənin müavini işləyib.
2009-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi, şöbə müdiri olub.
2011-2016-cı illərdə Azərbaycan xarici işlər nazirinin katiblik rəisi, nazirin köməkçisi işləyib (həmin illərdə xarici işlər naziri postunda Elmar Məmmədyarov çalışıb-red.)
2016-cı ildə Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili postunu tutub.
2016-2022-ci illərdə Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda iqamətgahı Buenos-Ayres şəhərində olmaqla, AR-in Çili Respublikasında, Paraqvay Respublikasında, Çoxmillətli Boliviya Dövlətində və Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyib.
2022-ci ildən bu günə kimi Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.
İngilis, rus, türk, italyan, ispan dillərində sərbəst, ərəb dilində isə orta səviyyədə danışa bilir. Evlidir, iki övladı var.


