“İrəvan və Bakı həll olunmamış məsələlər üzərində işləməyə davam etmək barədə razılığa gəliblər”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın sülh prosesini dərinləşdirmək üçün addımları davam etdirmək üçün praktik istəyinin olduğunu görür.
“Görürəm ki, Azərbaycan tərəfi sülhlə bağlı bütün səyləri göstərir və göstərməyə davam edəcək”, - deyə Simonyan qeyd edib.
Azərbaycana mümkün səfərlə bağlı suala cavab verən Simonyan Bakıya səfəri istisna etməyib.
O xatırladıb ki, daha əvvəl Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının həmin dövrdəki katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib:
“Belə bir səfəri mənim də edəcəyimi istisna etmirəm. Bununla bağlı konkret tarix və detal isə verə bilmərəm”.
A.Simonyan bildirib ki, daha bir görüşün keçirilməsi barədə razılıq var, lakin dəqiq tarix hələ məlum deyil.


