Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başladı

SİYASƏT
10:34 / 12.09.2026
42

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.

HİT.az xəbər verir ki, səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.

Səfər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi altında Ağdərə və Kəlbəcər rayonlarında reallaşdırılan genişmiqyaslı bərpa və tikinti layihələri ilə tanış olacaqlar.

Diplomatlara regionda həyata keçirilən sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irs obyektlərinin vəziyyəti, eləcə də onların qorunması və bərpası istiqamətində görülən işlər təqdim olunacaq.

Qeyd edək ki, bu, diplomatik korpusun nümayəndələrinin 2020-ci ildən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.

0