Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Ayaz Əsgərov 2006-2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb, 19 may 2016-cı ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


