Danışır təhsil üçün mübarizə aparan və qələbə qazanan xanımlar! - Sənədli film

SOSİAL
10:20 / 07.09.2023
1409

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qızların təhsillə imtahanı” - qızların təhsildən yayındırılması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili layihəsi başa çatıb. 

Məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, qız uşaqlarının təhsilini təşviq etmək olan layihənin tərkib hissəsi olaraq, təhsil almaq uğrunda mübarizə aparan və uğur əldə edən xanımlarla da müsahibələr aparılıb. Nəticədə onların hekayəsi özlərindən eşidilib, qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəbləri müəyyən edilib, həll yolları axtarılıb və hələ də təhsil yolunda maneələrlə üzləşən qızlarımız üçün nümunə və motivasiya olub.

Layihə çərçivəsində, həmçinin, "Qızların təhsillə imtahanı" sənədli filmi ərsəyə gətirilib. Filmin qəhrəmanları təhsil üçün mübarizə aparan, bu yolda qarşılaşdıqları maneələri aşıb uğur qazanan xanımlar - yazıçı, ARB-nin şöbə müdiri Sevinc Çılğın, jurnalist, BAKU.TV-nin redaktoru Rumiyyə Miraslan, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musadır. 

Sənədli filmi təqdim edirik:

0