Stressi başlamazdan əvvəl azaltmağın 7 elmi üsulu

SOSİAL
14:52 / 26.07.2026
49

Alimlər hesab edirlər ki, stressi yalnız yarandıqdan sonra deyil, hələ başlamazdan əvvəl də azaltmaq mümkündür. 

HİT.az xəbər verir ki, "Science Focus" nəşrinin yazdığına görə, bəzi qeyri-adi, lakin elmi araşdırmalarla dəstəklənən üsullar insanın stressə qarşı dözümlülüyünü artırmağa kömək edir.

Mütəxəssislər təbiətin möhtəşəm mənzərələrini izləməyin, yaxın insanın qucağını təsəvvür etməyin, yavaş və dərin nəfəs alma məşqlərinin, gündəlik həyata oyun və yumor qatmağın stress reaksiyasını zəiflədə biləcəyini bildirirlər.

Araşdırmalara görə, binaural ritmlərlə hazırlanmış sakitləşdirici musiqilər dinləmək, itlə vaxt keçirmək və stressi yalnız mənfi deyil, inkişaf üçün fürsət kimi qəbul etmək də gələcəkdə yaranacaq gərginliyin təsirini azalda bilər.

Alimlər vurğulayırlar ki, düzgün qidalanma, keyfiyyətli yuxu və fiziki aktivlik stresslə mübarizənin əsas şərtləri olaraq qalır. Bununla yanaşı, bu alternativ üsullar da insanın psixoloji dayanıqlığını artıraraq gündəlik həyatın çətinliklərini daha rahat idarə etməyə kömək edə bilər.

Samir
 

0