Bəzi numerologiya və astrologiya yanaşmalarına görə, müəyyən doğum tarixləri analitik düşüncə, intuisiya və strateji qərarvermə kimi xüsusiyyətlərlə əlaqələndirilir. Bununla belə, bu iddiaların elmi əsaslarla təsdiqlənmədiyi vurğulanır.
HİT.az xəbər verir ki, "La Razon" nəşrinin yazdığına görə, uzun illərdir doğum tarixi ilə intellekt arasında əlaqənin olub-olmaması müzakirə olunur. Geniş yayılmış nəzəriyyələrdən biri ilin əvvəlində doğulan uşaqların məktəbə başladıqda yaş baxımından daha böyük olduqları üçün inkişaf üstünlüyünə malik olmalarını qeyd edir.
Məqalədə isə numerologiya və astrologiyada daha yüksək intellekt və fərqli düşüncə tərzi ilə əlaqələndirilən dörd doğum tarixi göstərilir:
* Ayın 3-də doğulanlar – maraqlı, analitik düşüncəli və yeni bilikləri tez mənimsəyən insanlar hesab olunurlar.
* Ayın 14-də doğulanlar – güclü ünsiyyət bacarıqları, çevik düşüncə və mürəkkəb vəziyyətləri düzgün qiymətləndirmək qabiliyyəti ilə xarakterizə edilirlər.
* Ayın 25-də doğulanlar – yüksək intuisiya və emosional həssaslığa malik olduqları bildirilir.
* Ayın 26-da doğulanlar – strateji düşüncə, intizam və uzunmüddətli planlaşdırma bacarığı ilə seçildikləri qeyd olunur.
Məqalədə həmçinin Harvard Universitetinin araşdırmasına da istinad edilir. Həmin tədqiqata görə, ilin son aylarında – xüsusilə oktyabr-dekabr aylarında doğulan uşaqlar bəzi hallarda idrak testlərində və yaradıcılıq göstəricilərində daha yüksək nəticələr nümayiş etdiriblər.
Tədqiqat müəllifləri hesab edirlər ki, sinifdə yaşca ən kiçik olan uşaqlar yaşıdlarına çatmaq üçün daha çox səy göstərdiklərindən uyğunlaşma, əzmkarlıq və yaradıcı düşüncə kimi bacarıqları daha intensiv inkişaf etdirə bilərlər.
Qeyd olunur ki, numerologiya, astrologiya və oxşar praktikalar elmi fənlər hesab edilmir. Bu sahələrdə irəli sürülən fikirlər elmi araşdırmalarla təsdiqlənməyib və daha çox simvolik və ya əyləncə xarakteri daşıyır.
Samir


