İşsizlik sığortası kredit faizlərini aşağı sala bilərmi?

SOSİAL
15:49 / 11.11.2026
161

Kredit rəsmiləşdirilməsi zamanı bankların müştərilərə təqdim etdiyi sığorta paketləri maliyyə öhdəliklərinə əlavə məbləğ gətirir. 

Bəs belə bir xidmətə müraciət etmək borcalanın bank qarşısındakı öhdəliklərini hansı hallarda yüngülləşdirə bilər? Sığortalı kredit seçimi faizlərin hesablanmasında, maliyyələşmə məbləğində və girov və ya zamin şərtlərində hər hansı üstünlük yaradırmı? 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, işsizlik riskini əhatə edən sığorta modelinin tətbiqi borcalanların kredit şərtlərinə müsbət təsir göstərə bilər: 

415637

“Belə bir sistemdə şəxs işini itirdikdə onun kredit ödənişlərinin müəyyən müddətə sığorta şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Mexanizmin konkret şərtləri, o cümlədən ödənişlərin hansı müddəti əhatə edəcəyi hələ aydın deyil”.

Lakin ekspert qeyd edib ki, belə təminatın mövcudluğu bankların borcalanlara yanaşmasını dəyişə, kredit faizlərinin azalması üçün imkan yarada bilər:

“Sığorta təminatı bankların maliyyə risklərini azaltdığından kreditlərin rəsmiləşdirilməsi zamanı əlavə təminat tələblərinə də yenidən baxılması mümkündür. Nəticədə girov və zamin şərtlərinin yüngülləşməsi, eləcə də kreditə çıxış imkanlarının genişlənməsi mümkün ola bilər”.

Sevinc

0