Qarışqalar malikanəni yeyib məhv etdilər – FOTO/VİDEO

DÜNYA
21:33 / 19.09.2020
1179

Avstraliyanın Qold-Kost şəhərində evli cütlük 375 min funt sterlinqə (825 000 AZN) malikanə alıblar. Lakin onlara həmin evdə ağ qarışqaların – termitlərin yaşadığı barədə xəbərdarlıq edilməyib. Nəticədə həşəratlar bütün binanı içdən yeyib.

Bu barədə “Daily Star” xəbər yayıb.

Şon və Sara Sarson sözügedən daşınmaz əmlaka 2019-cu ildə sahib olublar. Tikinti müfəttişi onlara binanın tam əmniyyətdə olduğuna dair təminat verib. Lakin cütlük evə köçəndən sonra elektrik yuvalarından həşəratlar çıxmağa başlayıb.

Ev sahibəsinin sözlərinə görə, bu, dəhşət filmlərini xatırladırdı.

Cütlük yardım üçün başqa bir tikinti müfəttişi Daniel Qolinə müraciət edib. O, malikanəni analiz etdikdən sonra qarışqaların bir evə bu qədər zərər vurduğunu neçə illik iş təcrübəsində ilk dəfə gördüyünü deyib. O, qarışqalardan qurtulmağın yeganə yolunun binanı söküb yenidən tikmək olduğunu bildirib.

Şon Sarson əvvəlki mütəxəssislə əlaqə saxlayaraq qarışqaları göstərib, o isə bildirib ki, potensial alıcıya daşınmaz əmlakdakı çatışmazlıqlar barədə xəbər vermək məcburiyyətində deyil.

Hazırda cütlük məhkəməyə müraciət edib.

0