"Midtown Hotel Baku"dan açıqlama: "Mart ayından fəaliyyət göstərmirik" - FOTOLAR (Yenilənib)

İQTİSADİYYAT
11:53 / 03.09.2020
4501

"Mart ayından fəaliyyət göstərmirik. Hotel tamamilə bağlıdır".

Bu barədə HİT.Az-a "Midtown Hotel Baku"dan məlumat verilib. Bildirilib ki, hoteldə otaqdan asılı olaraq qiymətlər 100-150 manat arasında dəyişir, dolu olduqda isə bir az fərqli ola bilər.

Qeyd edək ki, dünən saytımızda "Midtown Hotel Baku"da gecəsi 9000 manata otaqlar olması ilə bağlı yazı getmişdi. Xəbər "hotelinbaku.com" saytındakı rezervasiya məlumatı əsasında hazırlanmışdı. Həmçinin ötən gün sözügedən sayt üzərindən hoteldə rezervasiya etmək mümkün idi, lakin sonradan  "Midtown Hotel Baku"nun koronavirus pandemiyası ilə əlaqədar fəaliyyət göstərmədiyi haqda məlumat yerləşdirilib.

*****

2 sentyabr, 12.20

Bakıda fantastik qiymətə hotel fəaliyyət göstərir.

HİT.Az xəbər verir ki, söhbət Səməd Vurğun 103 ünvanında yerləşən "Midtown Hotel Baku"dan gedir. Hotelin bir gecəsinin qiyməti 9 min manatdır.

Çingiz Səfərli

6