Pensiyalarla bağlı vacib xəbər - VİDEO

18:45 / 19.05.2022
1211

Pensiyası az olanlara sosial müavinət veriləcək.

Milli Məclis tərəfindən qəbul edilən "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsində bu qərar əksini tapıb. Belə ki, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu müavinətdən az olduqdahəmin şəxsəsosial müavinət təyin olunacaq.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyir ki, dəyişiklik ailə başçısını itirən və 18 yaşadək əlilliyi olan uşaqlara sahib ailələrin də təminatının gücləndirilməsində vacib rol oynayacaq.

Millət vəkili bildirir ki, əgər ailə başçısı dünyasını dəyişibsə və onun həyat yoldaşı həm pensiya, həm dəailə başçısını itirməyə görə müavinət almaq hüququna malikdirsə, o zaman həmin şəxsbu imkanların hər ikisindən yararlana biləcək.

Vüqar Bayramov vurğulayıb ki, dəyişikliklər həmin ailələrə və pensiyası az olan şəxslərə dövlət büdcəsindən daha çox vəsaitin ayrılmasına şərait yaradacaq.

0