Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

İQTİSADİYYAT
13:45 / 06.11.2026
40

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək.

"Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik təklif olunur.

Bundan başqa, qanun layihəsinə əsasən, məcburi köçkünlər 1994-cü il iyunun 1-nə qədər mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad olunurlar.//Oxu.Az

0