Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bir neçə nəqliyyat vasitəsini hərraca çıxarır.
Hit.az xəbər verir ki, hərrac iyunun 23-də keçiriləcək.
Hərraca çıxarılan avtomobillər arasında 2006-cı il istehsalı olan “TOFAS DOGAN” markalı, 01-AA-296 dövlət qeydiyyat nişanlı minik avtomobili də yer alır. Nəqliyyat vasitəsinin ilkin satış qiyməti 2 800 manat, iştirak haqqı isə 280 manat müəyyən olunub.
Siyahıda həmçinin 2007-ci il istehsalı olan “CHERY FLAGCLOUD” markalı, 44-AA-058 dövlət qeydiyyat nişanlı avtomobil də var. Bu nəqliyyat vasitəsi 2 500 manat ilkin qiymətlə satışa çıxarılıb. Hərracda iştirak haqqı 250 manat təşkil edir.
Digər avtomobil isə 2006-cı il istehsalı olan “ŞEVRALET NİVA 212300” markalı, 44-AA-057 dövlət qeydiyyat nişanlı minik avtomobilidir. Avtomobilin ilkin satış qiyməti 3 000 manat, iştirak haqqı isə 300 manat müəyyən edilib.
Hərrac dövlət əmlakının satışı çərçivəsində təşkil olunur.
Abbas


