Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO

İQTİSADİYYAT
11:24 / 15.10.2026
106

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin edib.

HİT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı o, müvafiq əmrlər imzalayıb.

Məlumata görə, Elşad Mahmudov sədrin köməkçisi, Elmir Bədəlov isə sədrin müşaviri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, E.Mahmudov 2022-ci ildən bu təyinata qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində, E.Bədəlov isə 2022-ci ildən bu təyinata qədər Böyük Britaniyanın Bakıdakı səfirliyində çalışıb.

 

0