DSX avtomobillər üçün 617 min manatlıq ehtiyat hissələri alır

İQTİSADİYYAT
21:35 / 18.05.2026
39

Dövlət Sərhəd Xidməti (DSX) UAZ markalı avtomobillər üçün ehtiyat hissələrinin satınalınması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.

Hit.az xəbər verir ki, satınalma UAZ “Hunter”, “2924-122”, “3303”, “396295”, “374195” və “Patriot-3163” markalı avtomobillər üçün ehtiyat hissələrini əhatə edir.

Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” MMC olub.

Qalib şirkətlə bağlanacaq müqavilənin məbləği 617 354,76 manat təşkil edir.

Abbas

0