Qəbələ Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan xüsusi təyinatlı yük avtomobilləri satılıb.
Hit.az xəbər verir ki, söhbət “JAC XZL5I63ZYS3” markalı xüsusi təyinatlı “CGJ5164CXE” yük avtomobillərindən gedir. 2011 və 2012-ci il istehsalı olan avtomobillərin hər biri 7 min manata satılıb.
Beləliklə, satışdan ümumilikdə 21 min manat vəsait əldə olunub.
Abbas


