Bakı–Tiflis–Bakı marşrutu üzrə gediş haqqı məlum olub.
HİT.az xəbər verir ki, Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qiymət məsafədən və komfort sinfindən asılı olaraq formalaşıb. Komfort sinfi üzrə qiymətlər 51 manatdan başlayır.
Bir istiqamət üzrə minimum tarif Bakı–Tiflis marşrutu üçün 81 manatdır. Yevlaxdan Tiflisə 67 manat, Gəncədən Tiflisə 62 manat, Ağstafadan Tiflisə 57 manat, Böyük Kəsikdən Qardabaniyə isə 51 manat təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.


