FHN Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə məxsus avtobus növbəti dəfə hərraca çıxarılır

İQTİSADİYYAT
21:16 / 20.05.2026
43

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə məxsus avtobus növbəti dəfə hərraca çıxarılacaq. 

Hit.az xəbər verir ki, 2006-cı il istehsalı olan “IVECO OTOYOL M23.9” markalı avtobusun ilkin qiyməti 6 750 manat olaraq müəyyən edilib.

Hərrac iyunun 30-da keçiriləcək. 

Abbas 

0