Naxçıvan şəhərinin mərkəzində böyük bağın abadlaşdırılması üçün 2,9 milyonluq tender

İQTİSADİYYAT
19:19 / 20.05.2026
47

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzində yerləşən böyük bağın abadlaşdırılması işlərinin satın alınması üzrə tender elan edilib.

Hit.az xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 2 909 490,43 manat təşkil edir.

Məlumata görə, tender çərçivəsində bağın yenidən qurulması, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Tender prosesinin iyunun 30-dək davam edəcəyi bildirilir.

Abbas
 

0